“Xəzər Lənkəran”ın güclü olduğunu bilirdik”
06.08.2011 - 22:35
“Xəzər Lənkəran”ın güclü olduğunu bilirdik”
Bu gün Premyer Liqanın I turu çərçivəsində debütant - "Sumqayıt Şəhər" klubu səfərdə "Xəzər Lənkəran"ın qonağı olub. Apasport.az saytının məlumatına görə, ilk görüşündə rəqibinə 1:2 hesabı ilə məğlub olan Sumqayıt təsmilçisinin baş məşqçisi Bernhard Raab oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib: “Xəzər Lənkəran” komandasının güclü olduğunu bilirdik, bu oyuna yaxşı hazırlaşmışdıq. İlk oyunumuzdan razı qaldım. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq”.