“Əsas heyətdə yer alacağımı dəqiq bilmirəm”
06.08.2011 - 23:01
“Zədəm yığmanın toplanışında tam gücümlə məşq etməyimə imkan vermədi. Cərrahiyyə əməliyyatı olunduğum hissədə hərdən ağrılar olur. Üç məşqdən sonra bu yenə özünü göstərdi və millinin hazırlığında tam iştirak edə bilmədim”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Ərciyyəspor” klubunun yarımmüdafiəçisi Amit Quluzadə deyib.
Yığmanın baş məşqçisi Berti Foqt tərəfindən millinin Bakıdakı təlim-məşq toplanışına dəvət edilən futbolçu sona qədər tab gətirə bilməyib. Özünün də dediyi kimi köhnə zədəsi ona mane olub.
Lakin Quluzadə dərhal Türkiyəyə dönməyib. O, U-21-in estoniyalı həmyaşıdları ilə avqustun 9-da Tallində keçirəcəyi yoldaşlıq matçında özünü sınamaq niyyətindədir: “Hələ Bakıdayam. U-21-lə Tallinə yollanacam. Əgər ayağımda ağrı olmasa, özümü yoxlayacam. Onadan sonra klubun düşərgəsinə dönəcəm”.
“Ərciyyəspor”un planları barədə də danışan 22 yaşlı futbolçu məqsədlərinin Superliqaya yüksəlmək olduğunu qeyd edib: “Klub üçün hər cür şərait yaradılıb. 50 ilin klubudur. Yayda heyət xeyli gücləndirilib. Məqsədimiz Superliqaya vəsiqə qazanmaqdır”.
Əsas heyətə düşməklə bağlı da danışan futbolçu komandada güclü rəqabətin olduğunu vurğulayıb: “Əsas heyətdə yer alacağımı dəqiq deyə bilmərəm. Güclü rəqabət var. Orta xətdə çıxış edəcək 6-7 futbolçumuz var. Məni dağıdıcı yarımmüdafiəçi kimi sınayır”.

0
0