Vaqif Cavadov “Volqa” klubunda debüt matçında “fərqləndi”
06.08.2011 - 23:02
Rusiya Premyer Liqasında XIX turun oyunları keçirilib. Apasport.az saytının xəbərinə görə, millimizin hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu “Volqa” klubu öz meydanında “Rostov”la qarşılaşıb.
Futbolçumuz 61-ci dəqiqədə meydana çıxmaqla, Rusiya çempionatında debüt edib. Amma Cavadovun debütü komandasının məğlubiyyəti ilə nəticələnib - 0:1. Vaqif Nijni-Novqorod təmsilçinə kömək edə bilməsə də, hər halda, 71-ci diqqət mərkəzinə düşüb. Belə ki, futbolçumuz sarı vərəqə ilə cəzalandırılıb.

0
0