Yenə Gəncədə, ilk dəfə afrikalı və ya 6-cı legioner
07.08.2011 - 09:52
Yenə Gəncədə, ilk dəfə afrikalı və ya 6-cı legioner
Yubiley - 20-ci Azərbaycan Premyer Liqasının ilk qolunu Con Pelunun vurduğu artıq hamıya məlumdur. Apasport.az-ın məlumatına görə, o, siftə müəllifi olan ilk afrikalı kimi tarixə düşüb. Düzdür, Gəncədə “Kəpəz”i məyus edən “Rəvan”lı legioner İsveç təmsilçisi sayılır. Hətta Skandinaviya ölkəsinin U-16 və U-18-ində də oynayıb. Lakin əslən Burkina-Fasodan olan Pelu məhz qara qitədə doğulub boya-başa çatıb. Yəni bizim nigeriyalımız Usim Nduka qədər afrikalıdır.

Maraqlıdır ki, ötən mövsümün də ilk qolu Gəncədə qonaq tərəfindən vurulmuşdu. Gürcüstanlı futbolçu Baçana Sxadadze çıxış etdiyi “Simurq”un “Gəncə” ilə səfərə matçında hesabı açmışdı. Ümumilikdə isə 3-ü ardıcıl olmaqla 6 dəfə “siftə” legionerlərin hesabına yazılıb.

Azərbaycan çempionatlarının ilk qolları
1 2 3 4 5 6 7 8
1992 03.05.1992 Mehman Alışanov Qarabağ İnşaatçı S 2:1 e 4
1993 27.02.1993 Mehman Baxışov Kür Avey 2:0 e 6
1993/94 25.09.1993 Nazim Əliyev Xəzər S Xəzri 3:1 e 3
1994/95** 07.08.1994 Mehman İbrahimov Pambıqçı N İnşaatçı B 1:0 e 25
Məmməd İbrahimov Pambıqçı B Xəzər L 1:1 e 25
1995/96 30.07.1995 *
1996/97 18.09.1996 Qurban Qurbanov Neftçi Fərid 3:0 s 5
1997/98 14.09.1997 Təbriz Həsənov Qarabağ Sumqayıt 1:0 e 8
1998/99 15.08.1998 İsmayıl Məmmədov Kimyaçı Neftqaz 8:3 e 4
1999/2000** 29.10.1999 Aqil Məmmədov Kimyaçı OİK 2:0 e 15
Mahir Əliyev Şəmkir Dinamo 2:0 e 15
2000/01 05.08.2000 Təbriz Həsənov Qarabağ Araz 1:0 e 1
2001/02 18.08.2001 Qurban Qurbanov Neftçi Ümid 4:0 s 13
2003/04 17.05.2003 Dmitri Kudinov Qarabağ-Azərsun Şahdağ-Samur 5:0 e 17
2004/05 07.08.2004 Aqil Məmmədov Qarabağ Şəfa 5:1 s 21
2005/06 12.08.2005 Junivan Turan Qarabağ 2:1 e 14
2006/07 05.08.2006 Andre Ladaqa Bakı Olimpik 1:0 e 70
2007/08 11.08.2007 Xaqani Məmmədov İnter Masallı 3:0 e 34
2008/09 09.08.2008 Kənan Kərimov Qəbələ NBC 4:1 e 4
2009/10 14.08.2009 Oleq Qvelisiani Standard Muğan 0:1 s 53 (öz qapısına)
2010/11 07.08.2010 Baçana Sxadadze Simurq Gəncə 1:1 s 73
2011/12 06.08.2011 Con Pelu Rəvan Kəpəz 2:3 s 38

1 – mövsüm, 2 - tarix, 3 - ilk qolun müəllifi, 4 - komandası, 5 - rəqib, 6 - hesab, 7 - meydan, 8 - dəqiqə.
* - həmin mövsüm qolların dəqiqələri qeyd olunmadığından ilk qolu müəyyənləşdirmək mümkün deyil.
** - iki futbolçu eyni vaxtda qol vurub.