“Sumqayıt Şəhər”in baş məşqçisi “3”ü “3”dən ayırdı və ya nəhs məğlubiyyət
07.08.2011 - 11:00
“Sumqayıt Şəhər”in baş məşqçisi “3”ü “3”dən ayırdı və ya nəhs məğlubiyyət
“Sumqayıt Şəhər”in baş məşqçisi Bernard Raab tutduğu postda debüt etməklə çempionatımızın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”la oyundakı 1:2 hesablı məğlubiyyətlə debüt edən almaniyalı ölkəsinin Premyer Liqa tarixində 3-cü təmsilçisi olub. Bunadək Hans Yurgen Gede “Neftçi”, Vinfred Şafer “Bakı”da işləmişdi. Onlar komandalarını müvafiq olaraq 12 və 19 oyuna çıxarmışdı. Lənkərandakı matç almaların Premyer Liqamızda 32-ci oyunu oldu. 11 qələbəsi olan almanlar daha 8 dəfə heç-heçə etmişdisə, Raab nəhs – 13-cü məğlubiyyəti gördü.

Qeyd edək ki, bu oyunadək Premyer Liqada 33 əcnəbi baş məşqçi olmuşdu. 34-cü olan Raab “33”ün “3”lərini ayırıb.