Quzanlıda getdi, “Şəfa”da qayıtdı
07.08.2011 - 10:16
Quzanlıda getdi, “Şəfa”da qayıtdı
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev bu postda rəsmi debüt edib. Apasport.az saytının məlumatına görə, yeni mövsümün 1-ci turunun “Şəfa”dakı matçında debüt edən mütəxəssis uzun fasilədən sonra Premyer Liqaya qayıdıb. “Siftə”si “İter” tərəfindən korlanan (0:1) çalışdırıcı son matçını “Olimpik-Şüvəlan”da keçirmişdi.

622 gündən sonra çempionata qayıdan baş məşqçi 2009-cu il noyabrın 22-də “Qarabağ”la qarşılaşmada iş başında olmuşdu. Maraqlıdır ki, Qizanlıdakı həmin oyunda da Abdullayev 0:1 hesablı məğlubiyyətə üzülmüşdü.