Azərbaycanlıların Premyer Liqa həsrəti: 293 gün sonra
07.08.2011 - 12:05
Azərbaycanlıların Premyer Liqa həsrəti: 293 gün sonra
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov həmyerlilərimizin Rusiya Premyer Liqasında həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçu Nijni Novqorod “Volqa”sında debüt etməklə 2011/12 mövsümündə Rusiya çempionatının ilk azərbaycanlısı olub.

Premyer Liqada oynamış son həmyerlimiz isə ötən mövsüm “Anji”də çıxış edən Mahir Şükürov idi. O, sonuncu dəfə ötən il oktyabrın 17-də keçirilən “Dinamo” – “Anji” qarşılaşmasında forma geymişdi. Mahirdən 293 gün sonra yığmamızın növbəti üzvü Rusiyada debüt etdi.

Qeyd edək ki, Cavadov “Rostov”la görüşün 61-ci dəqiqəsində meydana çıxıb.