“Neftçi”nin futbolçusu Əlcəzairdə oynayacaq
09.08.2011 - 09:23
Azərbaycan çempionu "Neftçi"nin bu yay yollarını ayırdığı Yasin Hima özünə yeni klub tapıb. Apasport.az saytının xəbərinə görə, "ağ-qaralar"ın sabiq əlcəzairli yarımmüdafiəçisi ölkəsinə qayıtmağa üstünlük verib. Belə ki, o, "ES Setif" klubu ilə anlaşıb. Tərəflər birillik müqaviləyə imza atıblar.
Qeyd edək ki, Hima "Neftçi"yə son mövsümün qış fasiləsində gəlmişdi. Lion "Olimpik"in yetirməsi olan əlcəzairli futbolçu Azərbaycan klubundan öncə 2005-06 mövsümünü icarə əsasında Fransanın "Çateaurouks" (27 oyun, 6 qol) klubunda keçirib, 2007-ci ildə İsveçrənin "Aarau" klubuna icarəyə verilib (15 oyun). 2007-08 mövsümündə Səudiyyə Ərəbistanın "Əl-Vatani" klubunda forma geyinən (25 oyun, 2 qol) 26 yaşlı yarımmüdafiəçi 2008-2010-cu illərdə İsveçrə "Bellinzona"sının şərəfini qoruyub (51 oyun, 5 qol). Hima iki dəfə Əlcəzair millisinə də çağırılıb.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0