Artim Şakiri: Azərbaycan variantını hələ də qapanmış saymıram
09.08.2011 - 09:29
“Hazırda vətənim Makedoniyadayam. Karyeramı bitirdikdən sonra məşqçilik kurslarına yazılıb, lisenizya almışam. Əslində, bu yaxınlarda Makedoniya millisinin baş məşqçisi postuna namizəd idim. Lakin bu arzumun reallaşması təxirə düşdü". Bu sözləri apasport.az saytına Ağdamın "Qarabağ" klubunun sabiq yarımmüdafiəçisi Artim Şakiri deyib.
Şakiri Azərbaycan kubokunu qazanan heyətdə yer alsa da, avrokuboklarda mübarizə aparmadı. O, bəzi legionerlərlə bərabər heyətdən uzaqlaşdırıldı. Amma futbolçu yenidən ölkəmizə qayıtmaq perspektivinin olduğunu söyləyib: "Düzü, Azərbaycanda da çalışmaq variantım vardı. Mənə 2 həftə öncə xəbər verməli idilər. Lakin bu xəbər gəlmədi. Hələ də bu variantı qapanmış saymıram".
Vaxtilə Şakirinin kapitanı olduğu Makedoniya millisi avqustun 10-da "Dalğa Arena"da yığmamızla yoxlama görüşündə qüvvəsini sınayacaq. Şakiri bundan xəbərdar olsa da, görüş barədə fikir yürütmək istəməyib.

0
0