Dünya çempionatına yollanan yığmamızın heyəti açıqlandı
09.08.2011 - 09:45
Avqustun 11-14-də Ukraynanın paytaxtı Kiyevdə yeniyetmə oğlan və qızlar arasında cüdo üzrə dünya çempionatı keçiriləcək. Apasport.az saytının xəbərinə görə, yarışda yığma komandanın məşqçiləri Rəşad Həsənov və Rəşad Məmmədovun rəhbərliyi altında ölkəmizi ümumilikdə 14 cüdoçu təmsil edəcək. Bunlar Sadıx Məhərrəmov, Mirsədi Gəncəli (hər ikisi 50 kq), İsgəndər Talışınski, Elbrus Zamanov (hər ikisi 55 kq), Rəşad Rufullayev, Fəqan Quluzadə (hər ikisi 60 kq), Hüseyn Rəhimli, Mixail Ananıyev (hər ikisi 66 kq), Firuddin Dadaşov (73 kq), Kamran Hüseynov (81 kq), Ülvi İsayev, Cəlil Şükürov (hər ikisi 90 kq), Zaur Hüseynli (+90 kq) və Səkinə Zahirovadır (44 kq).
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0