Berti Foqts: Sanki biz gənc komandayıq, peşəkarlara qarşı oynayırdıq
09.08.2011 - 12:03
“Makedoniya yığması ilə ötən ilki oyundan nəticə çıxarmalıyıq”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Sabah Makedoniya ilə yoldaşlıq görüşünə çıxacaq millimizin az öncə mətbuat üçün açıq məşqçi keçirilib. Məşqdən sonra jurnalistlərin suallarını cavablayan Foqts bildirib ki, rəqibə qarşı sürətli və aqressiv futbol göstərməlidirlər: “Ötən ilki qarşılaşmada elə təəssürat yaranmışdı ki, sanki biz gənc komandayıq, peşəkarlara qarşı oynayırdıq. Bu çatışmazlığı sabah aradan qaldırmalıyıq. İlk dəqiqlərdən sürətli, aqressiv futbol nümayiş etdirib, rəqibə öz oyununu diktə eləməyə imkan verməməliyik”.
Almaniyalı çalışdırıcı, həmçinin futbolçuların hazırlığından razı qalmadığını vurğulayıb. O. Bunu mövsümün yeni başlaması ilə əlaqələndirib.
Xatırladaq ki, yığmamız bir il öncə Avstriya toplanışı çərçivəsində qarşılaşdığı Makedoniyaya 1:3 hesabı ilə uduzmuşdu.

0
0