Berti Foqts Vaqif Cavadova “ilişdi”
09.08.2011 - 12:08
Berti Foqts Vaqif Cavadova “ilişdi”
“Mən Premyer Liqanın da oyunlarını izləyirəm. Təəssüf ki, əksər klublar müdafiə futbolu oynayırlar”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Makedoniya ilə oyun öncəsi təşkil olunan mətbuat konfransında almaniyalı çalışdırıcı bildirib ki, futbolçuları yoxlamaq üçün əlinə yaxşı şans düşüb: “Bu təlim-məşq toplanışında bir çox futbolçular iştirak etmir. Vaqif Cavadov bir ildə üç klub dəyişir. Bu səbəbdən ona bir qədər vaxt verməli oldum. Elvin Məmmədova isə ilk dəqiqələrdən şans verəcəyəm. Onun hazırki durumunu görmək istəyirəm. Ufuk Budaq da ikinci hissədə meydana daxil ola bilər. Ona əsasən müdafiənin sol cinahında yer verəcəyəm".