“Azərbaycan yığmasının final mərhələsinə düşmək şansı var”
09.08.2011 - 12:40
“Cari seçmə mərhələdə 4 oyunumuz qalıb. Həmin görüşlərdən üçünü evdə keçirəcəyik və bu, bizim üçün böyük üstünlükdür”. Apasport.az saytının xəbərinə görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.
Milli komandamız sabah Makedoniya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Oyundan qabaq bu gün təşkil olunan mətbuat konfransında yığmamızın almaniyalı çalışdırıcısı bildirib ki, Avropa çempionatının seçmə qrup mərhələsində qalan oyunlardan ikisində qələbə qazanmaq olar: “Öz meydanımızda 3 oyunumuz qalıb ki, bunların da ikisində qələbə qazanıb, seçmə mərhələni 10 xalla başa vura bilərik. Bu xal növbəti - 2014-cü il dünya çempionatının seçmə mərhələsi öncəsi yaxşı nəticə sayılacaq”.
Foqts bildirib ki, milli komandamızda bütün ümidlərini 2016-cı il Avropa çempionatının seçmə mərhələsinə bağlayır: “2016-cı il Avropa çempionatının final mərhələsində indiki kimi 16 deyil, 24 komanda mübarizə aparacaq. Fikrimcə, Azərbaycan yığmasının az da olsa, final mərhələsinə düşmək şansı var”.

0
0