Aqil Nəbiyev: Mən hazıram!
09.08.2011 - 12:48
Aqil Nəbiyev: Mən hazıram!
Milli komandamızın futbolçusu Aqil Nəbiyev sabah Makedoniya ilə keçiriləcək yoldaşlıq oyunu haqda fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, AZAL-ın kapitanı bildirib ki, yenidən yığmaya qayıtmasından şaddır: ““Evdə oynadığımız üçün qələbə qazanmaq istəyirik. Azarkeşləri sevindirməyə çalışacağıq. Bir müddətlik fasilədən sonra yığmaya qayıtdığım üçün şadam və oynamağa hazıram”.

Xatırladaq ki, Azərbaycan – Makedoniya görüşü sabah saat 20:00-da Mərdəkandakı “Dalğa-Arena”da keçiriləcək.