“Mən Tovuzdakı şərait haqda danışmaqdan heç vaxt çəkinməmişəm”
09.08.2011 - 13:57
“Mən Tovuzdakı şərait haqda danışmaqdan heç vaxt çəkinməmişəm”
“Tovuzda futbolçunun inkişafı üçün olan şərait əlverişli deyildi. Ancaq hazırda oynadığım “Qəbələ” klubunda bu baxımdan vəziyyət tam fərqlidir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Vurğun Hüseynov deyib.

Tovuz futbol məktəbinin yetirməsi olan gənc müdafiəçi uzun illər şərəfini qoruduğu, son mövsümdə kapitanı olduğu “Turan”dan ayrıldı. Hüseynovun sözlərinə görə, doğma komandasından ayrılmasının səbəbi Tovuzda şəraitin olmamağıdır: “Mən bu haqda danışmaqdan heç vaxt çəkinməmişəm. Sadəcə, məndən soruşan olmayıb. Soruşan olsaydı, cavab verərdim. Futbolçu üçün şərait yaxşı olanda, o da ürəkdən çalışır, daha yaxşı məşq edir, nəticədə səviyyəsini qaldırır. Qəbələdə isə hər cür şərait, yaxşı meydançalarımız var. Belə olanda, qalıb daha çox işləmək istəyirsən, həvəsin artır. “Qəbələ”dəki baş məşqçimiz Toni Adams oyundan sonra 1 gün istirahət verir və ardından hazırlıq proqramına uyğun gündə 2 dəfə məşq olur. Gərək şərait yaxşı olsun ki, futbolçu da üzə çıxsın”.

Mehman SÜLEYMANOV