UEFA rəsmiləri milli komandamızın oyununu izləyəcəklər
09.08.2011 - 14:23
UEFA rəsmi saytında qızlardan ibarət Azərbaycan 16 yaşlılardan ibarət yığma komandası (U-16) haqda yazı yerləşdirilib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu Nyondakı qərargahında təlim-məşq toplanışında olan yığmamızı salamlayıb: “Burada, UEFA-nın futbol hazırlığı mərkəzində UEFA mütəxəssislərinin rəhbərliyi ilə Azərbaycan millisi 2012-ci ildə Azərbaycanda təşkil olunacaq dünya Çempionatına hazırlıq keçəcək. UEFA-nın baş katibi Gianni İnfantino AFFA-nın qadın futbolunu inkişaf etdirmək fəaliyyətini yüksək qiymətləndirir. Biz onlarin kütləvi futbolun inkişaf fəaliyyətini dəstəkləyirik”.
Daha sonra AFFA-nın baş katibi Elxan Məmmədovun fikirlərinə yer verilib: “Biz fəxr edirik ki, UEFA bizim qadın futbolunun inkişafı fəaliyyətimizi dəstəkləyir. AFFA bu istiqamətdə regiondakı digər ölkələrə nümunə olmaq istəyir”.
Azərbaycanlı qızlar bu toplanış çərçivəsində 2 yoldaşlıq oyunu keçirəcəklər. Onlar avqustun 10-da və 12-də Kolovre stadionunda İsveçrənin “Vaud” klubu və milli komandasıyla görüşəcəklər. Milli komandaların oyununu İnfantino ilə Məmmədovla yanaşı, UEFA İcraiyyə Komitəsinin üzvü və UEFA Qadın Futbolu Komitəsinin rəhbəri Karen Espelund və İsveçrə Futbol Federasiyasının baş katibi Aleks Mişer izləyəcəklər. Azərbaycanlı oyunçular və məşqçilər həm də UEFA qərargahına səfər edəcək, burada qadın futbolunun inkişafı və yarışları ilə məşğul olan həmkarları ilə görüşəcəklər.

0
0