Mövsümün ilk cəzaları
09.08.2011 - 14:40
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, toplantıda Premyer Liqanın I turunun oyunlarında qeydə alınan qanun pozuntularına hüquqi qiymət verilib.
Qurum “Sumqayıt Şəhər”lə oyunun sonlarında azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün “Xəzər Lənkəran”ı 2 min manat cərimə edib. “Kəpəz” klubu da azarkeşlərinin oxşar hərəkətinə görə AFFA-nın büdcəsinə 2 min manat ödəyəcək.
“Qəbələ” ilə qarşılaşmada 4 futbolçusu sarı vərəqə aldığı üçün “Bakı” min manat ziyana düşüb. “Simurq” – AZAL matçının 40-cı dəqiqəsində Viktor İqbekoyi (AZAL) sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klubu isə 200 manat cərimə olunub.
Həmin görüşün 67-ci dəqiqəsində Aleksandr Şemonayev (Simurq) kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klub isə 2 min manat xərcə düşüb.

0
0