AFFA rəhbərliyi Hacıyevi təbrik etdi
09.08.2011 - 15:32
Bu gün Azərbaycan futbolunun tanınmış nümayəndələrindən biri, SSRİ çempionatları dövründə uzun illər “Neftçi”nin heyətində çıxış etmiş Valeri Hacıyevin 70 yaşı tamam olur. Apasport.az saytının məlumatına görə, bu gün AFFA-nın baş katibi Elxan Məmmədov əlamətdar yubileylə əlaqədar veteran futbolçumuzla görüşərək, assosiasiyanın prezidenti Rövnəq Abdullayevin adından onu təbrik edib, cansağlığı, uzun ömür arzulayıb. Hacıyev göstərilən diqqət və qayğıya görə AFFA-ya minnətdarlığını bildirib.
Qeyd edək ki, 1966-cı ildə “Neftçi”nin heyətində SSRİ çempionatının bürünc medalını qazanan keçmiş müdafiəçi 21 yaşlılardan ibarət yığma komandamızın baş məşqçisi olub.
Mənbə: affa.az
Qeyd edək ki, 1966-cı ildə “Neftçi”nin heyətində SSRİ çempionatının bürünc medalını qazanan keçmiş müdafiəçi 21 yaşlılardan ibarət yığma komandamızın baş məşqçisi olub.
Mənbə: affa.az
0
0