Milli çempionatımızın rekordçuları irəliləyirlər
09.08.2011 - 15:47
Azərbaycan çempionatında 100-dən çox oyun keçirən futbolçulardan 12-si ilk turda meydana çıxıb. Apasport.az saytının məlumatına görə, onlardan qapıçı Cahangir Həsənzadə (AZAL), müdafiəçi Aftandil Hacıyev (Turan), yarımmüdafiəçi Namiq Əliyev (Turan), hücumçu Elşən Məmmədov (AZAL) hərəyə 1 pillə irəliləyərək, rəqiblərini qabaqlaya biliblər.
Namiq 51-ci (230 oyun), Aftandil 72-ci (212), Cahangir 73-cü (212), Elşən 75-ci yerə yüksəlib. Digər futbolçulardan Aqil Məmmədov 3-cü (Sumqayıt Şəhər, 361), Azər Məmmədov 5-ci (Kəpəz, 349), Nadir Nəbiyev 12-ci (Turan, 297), Alim Qurbanov 41-ci (Xəzər-Lənkəran, 239), Ceyhun Sultanov 53-cü (Kəpəz, 228), Samir Abasov 99-cu (Sumqayıt-Şəhər, 189), Elşən Poladov 100-cü (Kəpəz, 188), Ramal Hüseynov 101-ci (Turan, 188) pillədə qalıb.
Qeyd edək ki, milli çempionatda ən çox oyun keçirən futbolçuların siyahısında ilk 2 futbolçu kənarda qalıb. 1973-cü il təvəllüdlü bu yarımmüdafiəçilərdən Mahmud Qurbanov hələ ki klubsuz olduğu halda, Aslan Kərimov “Sumqayıt Şəhər”in oynayan məşqçisidir. O, zədə üzündən ilk turda heyətdə yox idi.
Rasim ƏLİYEV

0
0