Tam fərqli “Qəbələ”...
09.08.2011 - 23:07
Tam fərqli “Qəbələ”...
“Qəbələ” ilə keçirdiyimiz görüş zamanı həm komandamızın, həm də öz oyunumdan razı qaldım. Rəqibə gəldikdə, ilk qarşılaşmada tam fərqli “Qəbələ” gördük. Əvvəlkindən güclü, fərqi futbol oynayan və çox güclü heyətə malik bir komanda ilə qarşılaşdıq”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun futbolçusu Elvin Əliyev deyib.

Premyer Liqanın I turunda “Qəbələ”nin qonağı olan “Bakı” səfərdən qolsuz bərabərliklə qayıtdı. Oyun barədə fikirlərini açıqlayan müdafiəçi qazanılan nəticədən razıdır: “Gərgin keçən oyunda qazanılan bir xalı qənaətbəxş hesab edirəm. Qələbə qazanmaq istəyirdik, bir xalla kifayətləndik.

Qarşıdakı oyunda daha yaxşı oynayıb, üç xalı qazanmalıyıq. Hamı bilir ki, Azərbaycan çempionatında komandalar mübarizliyi ilə seçilir. Premyer Liqada zəif və güclü klub anlayışı yoxdur. İnanıram ki, “Bakı” ilk qələbəsini “Simurq” üzərində qazanacaq və bundan sonra bu qələbələr seriyasını davam etdirəcək”.