Rednik “Xəzər Lənkəran”dan ayrıldı
09.08.2011 - 23:10
Rednik “Xəzər Lənkəran”dan ayrıldı
Premyer Liqanın I turunda debütant “Sumqayıt Şəhər” üzərində 2:1 hesablı qələbə qazanan “Xəzər Lənkəran” baş məşqçisiz qalıb. Apasport.az saytının xəbərinə görə, “ağ-yaşıllar”ın rumıniyalı çalışdırıcısı Mirça Rednik vətəninə yollanıb.

Ailəsində yaranan problemi həll etdikdən sonra Azərbaycana qayıdacaq təcrübəli mütəxəssis yeni legionerlərlə danışıqlara başlayacaq. Çox güman ki, onun qayıdışından sonra hazırda Bakıda olan Mario Rosas və Antonio Semedo ilə rəsmi müqavilə bağlanacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın II turunda AZAL-ın qonağı olacaq.