Mirhüseyn Seyidov: Hakimin bizi sıxması başadüşülən idi
10.08.2011 - 09:44
“Oyuna yaxşı başladıq. Hakim bəzi epizodlarda bizi sıxırdı ki, bu da başadüşülən idi”. Bu sözləri apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının kapitanı Mirhüseyn Seyidov deyib.
Tallin şəhərində Estoniya ilə qarşılaşan komandamız inamlı qələbə qazanıb. Oyunun gedişində hesabda geri düşən millimiz ruhdan düşməyərək, rəqibi məğlub edib – 3:1.
Kapitan bildirib ki, meydan sahiblərinin 2 hücumçu ilə oynaması millimizin işinə yarayıb: “Rəqib ardıcıl 4-5 künc zərbəsi qazandı. İmkanlardan cəmi birini reallaşdıra bildi. Ümumi götürdükdə, bizim şansımız daha çox oldu. Matçın gedişində rəqib iki hücumçu ilə oynamağa başladı. Biz də bundan istifadə edib, estonları əks hücumlarda yaxalayıb, 2 qol vurduq”.
Bu görüş sentyabrın 1-də yeni seçmə mərhələyə start verəcək U-21 üçün həm də çətin İngiltərə və Belçika səfərlərinə hazırlıq xarakteri daşıyırdı. Qarşıdakı oyunlar haqda danışan kapitan ingilislərin həddindən artıq güclü olduğunu bildirib: “Komandanın tam hazır olduğunu demək olmaz. İngiltərə ilə matça qədər U-21-in uşaqları öz klublarında mütləq oynamalıdırlar. Üstəlik, rəqiblərimiz çox güclü komandalardır. Ancaq biz hər iki matçda mübarizə aparacağıq. Ora məğlub olmaq üçün getməyəcəyik”.

0
0