İqor Semşov Azərbaycan yığmasını zəif saymır
10.08.2011 - 09:57
Rusiya millisinin futbolçusu İqor Semşov DÇ-2014-ün seçmə mərhələsində eyni qrupa düşdükləri Azərbaycan yığmasını zəif saymır. Apasport.az saytının məlumatına görə, Moskva “Dinamo”sunun yarımmüdafiəçisi bildirib ki, qrupda Azərbaycanla Lüksemburqu zəif, digərlərini güclü komandalar kimi bölüşdürmək düzgün deyil.
“Vaxtı gələndə dünya çempionatına yollanmağa layiq olduğumuzu futbol meydanında sübut edəcəyik. Zəif rəqiblər yoxdur, hamı ilə oynamaq lazımdır. Yəqin ki, qrupları güclü və zəiflərə bölməyə dəyməz” – deyə, futbolçu əlavə edib.
Qeyd edək ki, Semşov DÇ-2010-un seçmə mərhələsində milli komandamıza qarşı oynayıb.

0
0