Milli komandamız Latviyada toplanışı keçəcək
10.08.2011 - 10:30
Milli komandamız Latviyada toplanışı keçəcək
Futzal üzrə Azərbaycanın millisi növbəti təlim-məşq toplanışlarını keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız avqustun 15-25-dək Latviyanın paytaxtı Riqada hazırlıqda olacaq.

Braziliyalı baş məşqçi Joze Alesio da Silva bu toplanışlara 13 oyunçu dəvət edib. Bunlar qapıçılar Andrey Tveryankin, Marat Salyanski (hər ikisi “Araz”), Rizvan Fərzəliyev, Vitali Borisov, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Elnur Qəmbərov, Elvin Quliyev (hamısı “Araz”), Rüfət Balakişiyev, Seymur Məmmədov (hər ikisi “Neftçi”), Zaur Fərziyev, Radik Əhmədov və Vahib Xodjayevdir (hamısı EKOL).