Yığmamızın rəqibi qarətlə üzləşdi
10.08.2011 - 10:36
Yığmamızın rəqibi qarətlə üzləşdi
Azərbaycan millisinin 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Lüksemburq yığmasının üzvləri qarət olunublar. Apasport.az saytının məlumatına görə, komandanın bir neçə futbolçusu və məşqçilər korpusunun bəzi üzvlərinin əşyaları oğurlanıb.

Bu, Portuqaliyanın cənubunda Faru otelində baş verib. Oğrular otaqlara girərək, özləri ilə kompüterlər, pul və Lüksemburq yığmasının Portuqaliya ilə bugünkü yoldaşlıq görüşünə biletləri götürüblər.