Premyer Liqamızın oyunu “Dalğa Arena”da
10.08.2011 - 12:21
Premyer Liqamızın oyunu “Dalğa Arena”da
Azərbaycan Premyer Liqasında II turun oyunlarının başlanma saatı və məkanı açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Dalğa Arena” bu həftə 2 oyuna ev sahibliyi edəcək.

Milli komandamızın Makedoniya yığması ilə yoldaşlıq görüşündə 4 gün sonra Mərdəkan qəsəbəsindəki stadionunda çempionumuzun oyunu olacaq. Debütant “Rəvan” Premyer Liqamızda ilk ev oyununu “Dalğa Arena”da keçirəcək. Bununla da “Qarabağ”la ilk turda oyunu təxirə salınan “Neftçi” cari mövsümə yeni açılan bu stadionda başlayacaq.

Tovuzda startı veriləcək tura Tofiq Bəhramov adına Respublika stadionunda yekun vurulacaq. “Bakı” – “Simurq” oyunu həm havaların isti keçməsi, həm də arenada projektorların olmağı nəzərə alaraq, axşam saat 21:00-da başlayacaq.

13 avqust

18:00. "Turan"- "Kəpəz"
Tovuz. Şəhər stadionu

14 avqust

18:00. "Qarabağ" - "İnter"
Ağdam. Quzanlı qəsəbə stadionu

18:00. "Rəvan"- "Neftçi"
Bakı. Mərdəkan qəsəbəsindəki "Dalğa Arena" stadionu

18:00. "Sumqayıt Şəhər" - "Qəbələ"
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

20:00. AZAL - "Xəzər Lənkəran"
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu

21:00. "Bakı" - "Simurq"
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu