“Türkiyədən dəvət alsam belə, Azərbaycan yığmasında qalacam”
11.08.2011 - 10:07
“Mən artıq Azərbaycan yığmasından dəvət almışam. Yenə təklif alsam, böyük məmnuniyyətlə qəbul edəcəm”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın futbolçusu Ufuk Budak deyib.
Almaniyanın “Frayburq” klubunun əvəzedici komandasının üzvü Azərbaycan yığmasında debüt etdi. Makedoniya ilə matçın ikinci hissəsində meydana çıxan Budak bildirib ki, növbəti oyunlarda da millimizin heyətində olmaq istəyir: “İndiyədək mənə başqa ölkənin milli komandasında oynamaq təklifi gəlməyib. Türkiyə yığmasından təklif alsam belə, burada başladımsa, buradan da davam edəcəm. Azərbaycanda gözəl insanlar var. Hamımız çalışmalıyıq ki, ölkə futbolunun inkişafına öz töhfəmizi verək”.

0
0