“Qalatasaray” intizamsız futbolçunu icarəyə götürdü
16.08.2011 - 10:59
“Qalatasaray” 2 legionerin keçidini həll edib. Apasport.az saytının məlumatına görə, “Cim Bom” Fil Dişi Sahili yığmasının yarımmüdafiəçiləri Emmanuel Ebue ilə Abdul Kader Keytanın transferini bitirib.
Universal futbolçu olan Ebue üçün London “Arsenal”ına 4,5, futbolunun özünə ildə 2,2 milyon avro ödənəcək. “Qalatasaray”ın prezidenti Ünal Aysal Emmanuelin keçidində maraqlı olmasa da, baş məşqçi Fatih Terimin onu israrla istəməyi üzündən transferini reallaşdırıb. Artıq İstanbula gələn afrikalını “Atatürk” Hava Limanında “Qalatasaray”ın meneceri Cenk Ergun qarşılayıb. O, yeni klubunun bazasına yollanıb və rəsmi müqaviləyə imza atacaq.
Keyta isə vaxtilə “Qalatasaray”da oynadığından, ona yaxşı tanışdır. Yəni istanbullular vaxtilə intizamsızlığa görə satdığı futbolçusunu qaytarmağa qərar verib və o da buna razı olub. Ancaq “Cim Bom” 8 milyon avroya Qətərin “Əl Sadd” klubuna satdığı Abdul Kaderi icarəyə götürüb. Madrid “Atletiko”suna satılan kapitanı Arda Turanın yerinə alınan Keytaya görə 800 min avro icarə haqqı, futbolçunun özünə isə aylıq 150 min avro məvacib veriləcək.

0
0