AFFA-dan uşaq evinə növbəti hədiyyə
16.08.2011 - 10:56
AFFA uşaq evləri ilə bağlı tədbirlərini davam etdirir. Apasport.az saytının məlumatına görə, müqəddəs Ramazan ayı ilə əlaqədar AFFA və Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının növbəti birgə tədbiri keçirilib.
Tədbirdə iştirak edən AFFA-nın I vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri, Milli Məclisin deputatı Rauf Əliyev Şüvəlan qəsəbəsində yerləşən valideyn himayəsindən məhrum və əqli cəhətdən zəif uşaqlar üçün 4 saylı uşaq evində olub. O, burada tərbiyə alan uşaqlara Açıq Əyləncəli Futbol Məktəbləri layihəsi çərçivəsində AFFA-nın hədiyyələrini təqdim edib.

0
0