Dəyişənlərin dueli və ya Qəbələdə yubiley
18.08.2011 - 17:06
Azərbaycan Premyer Liqasının III turunun açılış oyununda yubiley olacaq. Apasport.az saytının məlumatına görə, “Qəbələ” ilə AZAL tarixlərində 15-ci dəfə üz-üzə gələcəklər. Paytaxt komandası 2005-ci, Qəbələnin eyni adlı təmsilçisi isə bundan 1 il sonra milli çempionatda fasiləsiz mübarizə aparır.
Maraqlıdır ki, bu komandalarda ad dəyişikliyi tez-tez olur. Özü də hər ikisi I divizion və güclülər dəstəsində fərqli adlarla çıxış edib.
Xanları təmsil edən “Göy-Göl” yüksək liqaya çıxan kimi Qəbələyə köçdü və debüt mövsümündə “Gilan” adı ilə oynadı. Komanda təmsil etdiyi məkanın adını 2007-ci ildən daşıyır.
I divizionda AMMK adlanan paytaxt təmsilçisi isə güclülər dəstəsinə çıxanda “Olimpik”ə çevrildi. 2008/09 mövsümündə “Olimpik-Şüvəlan”a çevrilən komanda 2 ildir AZAL kimi çıxış edir ki, bu da baş sponsorunun adıdır. Bütün bunlara görə komandalar indiyə kimi müxtəlif adlarla qarşılaşıblar.
Rəqiblərin tarixlərinə nəzər salanda, addəyişmənin onlara düşərli olduğunu görərik. “Qəbələ” demək olar ildən-ilə daha yaxşı çıxış edir və cari mövsümdə iddiasını artaraq, qarşısına ilk medal qazanmağı, avrokuboklara çıxmağı məqsəd qoyub. Bakılılar isə AZAL olandan sonra ötən mövsüm Avroliqaya çıxdı. Düzdür, UEFA onların indiki adını kommersiya məsələlərinə görə qəbul etməyərək, əvvəlki adı olan “Olimpik-Şüvəlan” kimi göstərdi.
Komandalar arasında arxada qalan 14 oyunun balansına nəzər salsaq, AZAL-ın üstünlüyünü görə bilərik. Belə ki, “təyyarəçilər” 6, qəbələlilər 4 dəfə qalib gəlib. Qalan 4 oyun isə bərabərliklə nəticələnib (topların fərqi 17-11 AZAL-ın xeyrinədir). Bunlardan yarısı elə ötən mövsümə təsadüf edib və onda qalibi müəyyənləşdirmək mümkün olmayıb. Ölkə kubokunda dalbadal 2 mövsüm üzləşən komandalar növbəliliklə qalib gəlib. Buna əvvəlcə “Qəbələ”, sonra “təyyarəçilər” nail olub.
Qəbələlilər üçün ilk vaxtlar AZAL arzuolunmaz rəqib idi. Təsadüfi deyil ki, komanda “təyyarəçilər”i çempionatda yenmək üçün 3 il gözlədi və buna yalnız 7-ci görüşdə nail oldu. Düzdür, bunadək qələbə qazanılsa da, ölkə kubokuna təsadüf edib. Özü də qəbələlilər həmin uğuru səfərdə reallaşdırıb.
“Qəbələ” uğursuzluq sindromuna son qoyandan sonra artıq rəqibi “qara zolağ”a düşüb. Təsadüfi deyil ki, AZAL artıq 3 ildir qəbələliləri çempionatda yenə bilmir. Göründüyü kimi, “Qəbələ” qələbəsizlik estafetini paytaxt təmsilçisinə verib.
“Qəbələ”nin baş məşqçisi Toni Adams “təyyarəçilər” üzərində ilk qələbəsini sabahkı ev oyununda qazanmağa çalışacaq. İngilis mütəxəssis ötən mövsüm olduğu kimi, yenə azərbaycanlı həmkarı ilə görüşəcək. Fərq ondadır ki, indi Nazim Süleymanov yox, Elxan Abdullayev London “Arsenal”ının əfsanəvi kapitanına rəqib olacaq.
Adamsın baş məşqçi postunda əvəzlədiyi Ramiz Məmmədov “Qəbələ”nin tarixində ən çox oyun keçirən çalışdırıcısıdır. Yeri gəlmişkən, Abdullayev Məmmədova çox yaxşı tanışdır. Belə ki, onlar bu ilin ilk yarısında Qazaxıstanın “Atırau” klubunda birgə çalışıblar. Vətənə döndükdən az sonra AZAL-a baş məşqçi təyin edilən Abdullayev köməkçisi olduğu Məmmədova həm doğma, həm də sabiq olan komanda ilə üzləşəcək.
“Qəbələ” ilə AZAL arasında keçirilən oyunlar
2006/07 mövsümü
“Gilan” – “Olimpik” – 0:3
“Olimpik” – “Gilan” – 3:1
2007/08 mövsümü
“Qəbələ” – “Olimpik” – 0:1
“Olimpik” – “Qəbələ” – 2:0
2008/09 mövsümü
“Olimpik” – “Qəbələ” – 1:0
“Qəbələ” – “Olimpik” – 1:1
Azərbaycan kuboku, 1/4 final
“Qəbələ” – “Olimpik” – 1:1
“Olimpik” – “Qəbələ” – 0:1
2009/10 mövsümü
“Qəbələ” – “Olimpik-Şüvəlan” – 2:1
“Olimpik-Şüvəlan” – “Qəbələ” – 0:2
Azərbaycan kuboku, 1/8 final
“Olimpik-Şüvəlan” – “Qəbələ” – 2:0
“Qəbələ” – “Olimpik-Şüvəlan” – 1:0
2010/11 mövsümü
“Qəbələ” – AZAL - 0:0
AZAL – “Qəbələ” – 2:2
Mehman SÜLEYMANOV

0
0