Moldova çempionatının bombardiri Azərbaycana baxışa gəlib
20.08.2011 - 12:25
Moldova çempionatının bombardiri Georgi Boyqu Azərbaycana gəlib. Apasport.az saytının məlumatına görə, moldovalı həmkarlarımızı ötən mövsüm “Milsami-Ursidos”un heyətində yüksək liqanın bombardiri olan 30 yaşlı hücumçunun ölkəmizə baxışa gəldiyini xəbər verir. Ancaq Boyqunun konkret hansı komandamızın düşərgəsində olmağı açıqlanmır. Premyer Liqamızda “transfer pəncərəsi” avqustun 31-də bağlanacağından, klublarımızın yeni futbolçular almağa hələ 10-11 gün vaxtı var.
Georginin ötən ildən oynadığı “Milsami” ilə yanaşı, ilk klubu da vətənində - “Olimpiya” (2002-06-cı illər) olub. 2007/08 mövsümünün II yarısında da Beltsı şəhərini təmsil edən, “Xəzər Lənkəran”ı Avroliqadan kənarlaşdıran bu komandada oynayan hücumçunun karyerası daha çox ölkə xarici ilə bağlıdır. Belə ki, Boqyu Rusiyada “Salyut-Energi”, “Avanqard” (hər ikisi 2006-07), “Çita” (2009), Rumıniyada “Otselul” (2007-08), Qazaxıstanda “Yesil-Boqatır” (2008) və Özbəkistanda “Nasaf” klubunda oynayıb.

0
0