Georgi Adamiya: Bu, o demək deyil ki, artıq oyuna məğlub çıxmışıq
20.08.2011 - 13:02
“Kəpəz”lə oyun çətin olacaq. Komandamızın bir neçə üzvü bu qarşılaşmada meydana çıxmayacaq. Üstəlik, gəncəlilər evdə yaxşı təsir bağışlayırlar. Azarkeş dəstəyindən yararlanmaq istəyəcəklər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın gürcü futbolçusu Georgi Adamiya deyib.
Premyer Liqanın III turunda “Kəpəz”in qonağı olacaq Ağdam təmsilçisi səfərə çoxsaylı itkilərlə yollanıb. “Qarabağ” ötən mövsüm Gəncədə məhz Adamiyanın vurduğu yeganə qolla vacib 3 xal qazanmışdı.
Ötən çempionatımızın bombardiri olan Georgi çətinliklərə baxmayaraq, qələbəyə köklənib: “Gəncədə meydanın durumu da elə də yaxşı deyil. Amma bu, o demək deyil ki, artıq oyuna məğlub çıxmışıq. “Qarabağ” istənilən halda, meydana qələbə üçün çıxır. Qələbə oynayacağıq. Bu, futboldur, hər şey ola bilər. Çempionatın startında itirilənləri sonradan sığortalamaq mümkün olsa da, qazanılacaq xallar da sonradan çox xeyrimizə ola bilər. Ona görə də baxımlı oyun olacağını düşünürəm”.

0
0