Ardanın komanda yoldaşının dünyada şərikli bombardirliyi
20.08.2011 - 13:30
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu il beynəlxalq miqyasda ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”in meksikalı hücumçusu Xavyer Ernandes 13 qolla bombardirlər siyahısına başçılıq edir. “Çikarito” ləqəbi ilə tanınan hücumçu bu qollardan 10-u yığma, 3-ü klub səviyyəsində vurub. Onun kolumbiyalı həmkarı Falkao da “Portu”nun heyətində 13 qol vursa da, 2-dir. Çünki o, 10 qolu klubda, 3-ü yığmada vurur. İFFHS isə yığmada daha çox qol vuranlara üstünlük verdiyindən, Ernandes zirvəyə şərik olan Falkaodan öndədir.
Qeyd edək ki, ötən mövsüm “Portu” ilə Avroliqanın qalibi və bombardiri olan Falkao artıq Madrid “Atletiko”suna keçib. Hücumçu ora yeni transfer olunan Türkiyə yığmasının yarımmüdafiəçisi Arda Turanla komanda yoldaşıdır.

0
0