Sumqayıtla getdi, Sumqayıtla qayıtdı
22.08.2011 - 16:54
Böyükağa Hacıyev “Neftçi”nin baş məşqçisi postunda ilk böyük hesablı qələbəsini qazandı. 53 yaşlı çalışdırıcı buna yeni komandasında 2-ci oyununda – III turda “Sumqayıt Şəhər”lə Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə 4:0 hesablı qələbə ilə nail oldu. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi" ilə ilk ev oyununda reallaşdıran Hacıyev sonuncu böyük hesablı qələbəsini əvvəlki komandası “Standard”la qazanmışdı.
Bu, 2009/10 mövsümünün son turunda Zaqatalada baş vermişdi. “Standard” səfərdə “Simurq”a böyük hesabla qalib gəlməklə, Premyer Liqanın qapısını möhkəm çırpmışdı. Tarixində sonuncu görüşünü keçirən komanda turnir cədvəlində son yeri tutduğuna görə I diviziona düşdü və orada oynamaqdan imtina edərək, fəaliyyətini dayandırdı.
Onda da 4:0 qalib gələn Hacıyev 462 gündən sonra böyük hesablı qələbəyə sevindi. Göründüyü kimi, həmin vaxt Sumqayıtı təmsil edən “Standard”la son belə qələbəsini qazanan çalışdırıcı bu dəfə “Gənclik şəhəri”nin başqa təmsilçisini yenməklə, intizara son qoydu.
Maraqlıdır ki, “Neftçi” də son böyük hesablı qələbəsini Zaqatalada “Simurq”la görüşdə qazanmışdı. Ancaq bu, 6 ay öncə olmuşdu. Ötən çempionatın ilk mərhələsi çərçivəsində bu ilin fevralın 19-da keçirilən görüş bakılıların 3:0 hesablı qələbəsi ilə nəticələnmişdi.
Mehman SÜLEYMANOV

0
0