Başıbəlalı “Şəfa”
22.08.2011 - 17:12
4 illik fasilədən sonra yenidən Azərbaycan çempionatında yarımçıq oyun qeydə alındı. Apasport.az saytının məlumatına görə, avqustun 20-də “İnter”lə “Bakı” arasında “Şəfa” stadionundakı görüşdə baş verən qalmaqal tura damğasını vurdu. Çempionatımızda analoji hadisə 2007-ci ilin mayın 8-də Qusarda olmuşdu.
Bu, 2006/07 mövsümünün XXIV turunda yerli “Şahdağ”la Sumqayıtın “Gənclərbirliyi” klubu arasındakı görüşdə reallaşmışdı. Onda da hesabda bərabərlik (1:1) idi və son saniyələr gedərkən, hakimin penalti qərarı ilə qalmaqal düşdü.
90+3-cü dəqiqədə “Gənclərbirliyi”nin qapısına penalti zərbəsi təyin olunur və buna etiraz edən sumqayıtlılar meydanı tərk edirlər. Nəticədə oyun sona kimi başa çatdırılmır və AFFA-nın İntizam Komitəsi qonaqlara 0:3 hesablı texniki məğlubiyyət verməklə yanaşı, müəyyən məbləğdə cərimə kəsir. Ancaq həmin texniki qələbə “Şahdağ”a güclülər dəstəsində qalmağa imkan vermədi və elə “Gənclərbirliyi”ndən cəmi 1 xal geri qalan qusarlılar həmin vaxtdan I divizionda oynayırlar.
Təbii ki, bundan əvvəl də çempionatımızda komandaların müxtəlif səbəblərdən, əsasən hakim qərarlarına etiraz əlaməti olaraq meydanı tərk etmə halları olub. Ancaq 2008-ci ilin iyulun 2-də yaradılan Peşəkar Futbol Liqasının (PFL) vaxtında ilk belə hal oldu.
PFL-ə qədər son mövsümün (2007/08) axırıncı turunda isə texniki məğlubiyyət qeydə alındı. Ancaq Bərdənin ABN klubu ilə mayın 28-də “Neftçi” ilə səfər oyununa maddi problemlər üzündən çıxmadı. Həmin vaxt ABN-ın I diviziona düşməyi bəlli olduğundan, komanda Bakıya gəlməkdən imtina etdi.
2004-cü ildən yaradılan “İnter” də indiyə kimi oyunu yarımçıq tərk etməyi baş verməmişdi. Ancaq klubun tarixinin varisi olan “Xəzər Universiteti”nin vaxtına gedib çıxdığını nəzərə almaq lazımdır. “Tələbələr” isə 19 illik milli çempionatımızın tarixində ən böyük qalmaqalın iştirakçılarından olub. Söhbət 2001/02 mövsümündə məşhur “Şəfa” – “Xəzər Universiteti” oyunundan gedir. 2002-ci ilin aprelin 2-də “altılığ”ın II turunda həmin görüşdəki insident çempionatımızın 2 il dayanmağı, ölkəmizdə 1 il futbolun keçirilməməyi ilə nəticələndi.
Maraqlıdır ki, həmin vaxt da qalmaqal başıbəlalı “Şəfa” stadionunda, son saniyələrdə verilən penaltiyə görə düşmüşdü. Düzdür, onda indikindən fərqli 11 metrlik cərimə zərbəsi vurulmuş və qalmaqal bundan sonra düşmüşdü. 90+5-ci dəqiqədə penalti qərarı “universitet komandası”nın böyük narazılığına səbəb oldu. Nəticədə “Xəzər Universiteti” çempionatda oynamaqdan imtina etdi və “Şəfa” istisna olmaqla, digər komandalar AFFA-nın bayrağı altında keçirilən yarışdan imtina etdilər.
Bu, FİFA və UEFA-nın ölkəmizə 2 illik sanksiya verməyi ilə nəticələndi və klublarımız 2 il avrokuboklardan kənarda qaldılar.
İndi isə “İnter”in “Şəfa”da penaltiyə görə çempionatda çıxmağı haqda fikir səslənsə də, bunun reallaşmağı inandırıcı görünmür. İndi 10 il əvvəlki dövr deyil və klublar AFFA ilə münaqişədə deyillər. Düzdür, ara-sıra müxtəlif klublar hakim narazılığı olanda çempionatdan çıxmaqla bağlı ortaya söz atsalar da, bunlar elə söz olaraq qalır.
Qeyd edək ki, “İnter” – “Bakı” oyununun 90+1-ci dəqiqəsində baş hakim Ramil Diniyev meydan sahiblərinin gürcü qapıçısı Georgi Lomayaya Nurlan Novruzova qarşı kobudluq etdiyi üçün qırmızı vərəqə göstərərək, penalti təyin edir. “Bankirlər” bundan sonra meydanı yarımçıq tərk etdiyindən, görüş başa çatdırılmadı.
Mehman SÜLEYMANOV

0
0