Azərbaycan – Belçika matçının hakimləri bəlli oldu
23.08.2011 - 14:19
Azərbaycan – Belçika matçının hakimləri bəlli oldu
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Belçika oyununda ədaləti qoruyacaq referilər müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sentyabrın 2-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçı ingiltərəli hakimlər briqadası idarə edəcəklər.

Görüşdə əsas fit sahibi Li Probert olacaq. Ona köməkliyi Simon Bek və David Riçardson edəcəklər. IV hakim funksiyasını isə Maykl Lesli Din yerinə yetirəcək.

Hakimlərin işinə avstriyalı hakim-inspektor Jan Fasunq qiymət verəcək. UEFA nümayəndəsi kimi isə Bakıya İvan Lekov (Bolqarıstan) gələcək.

Qeyd edək ki, Azərbaycan – Belçika matçı saat 21:00-da başlayacaq.