Mirbağır İsayev “Sumqayıt Şəhər”ə “ilişdi”
23.08.2011 - 14:56
“Hələ istirahət edirəm. Daha doğrusu, heç bir təklif olmadığı üçün işləmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Abşeron” klubunun sabiq baş məşqçisi Mirbağır İsayev deyib.
Ötən yay “Abşeron”un baş məşqçisi təyin edilən və mövsümün sonunda klubu Premyer Liqaya daşıyan mütəxəssis vəzifəsindən ayrılmalı oldu. Daha doğrusu, klub maliyyə problemləri üzündən “Sumqayıt Şəhər”lə birləşmək qərarına gəldi.
Komandanı məğlubiyyətsiz şəkildə Premyer Liqaya çıxaran İsayevlə isə başa çatan müqavilə yenilənmədi. Hazırda işsiz olan mütəxəssis çempionat oyunlarını izləməklə vaxtını keçirir: “Neftçi” ilə oyunda “Sumqayıt Şəhər”in çıxışını gördüm. Onların oyununu ilk dəfə idi izləyirdim. Nə bilim, perspektivi komandanın necə oynadığını gördük də”.
Çalışdırıcı son turda baş verən hadisələrə də münasibətini bildirdi. O, “İnter”in meydanı erkən tərk etməsini düzgün addım saymayıb: “Hakimlər nə edirsə, özləri bilər. “İnter” gərək final fitinə qədər meydanda qalaydı. Onsuz da oyunu erkən tərk edən komandaya texniki məğlubiyyət veriləcəkdi. Bu baş verənlər nə birinci, nə də sonuncudur”.

0
0