AFFA Aleksandr Səmədovu da milli komandamıza çağırdı
23.08.2011 - 15:08
AFFA-nın baş katibi Elxan Məmmədov Moskva “Dinamo”sunun futbolçusu Aleksandr Səmədovla görüşüb. Apasport.az saytının məlumatına görə, Məmmədov Rusiya paytaxtına 1 günlük səfəri çərçivəsində “Spartak”da oynayan Emin Mahmudovla yanaşı, Səmədovla da söhbətləşib.
Mövzu eyni olduğundan Moskvada yaşayan həmvətənlərimizin milli komandamızda oynaması müzakirə edilib. AFFA dəvət etdiyi bu 2 yarımmüdafiəçi ilə yığmanın güclənməyinə səy göstərir.
Qeyd edək ki, Səmədov 2003-cü ilin avqustunda millimiz düşərgəsində yer alsa da, Moskvaya qayıtdıqdan sonra rəsmi oyunlara gəlməkdən imtina etdi. Doğulub, boya başa çatdığı Rusiyanın millisini seçən 28 yaşlı futbolçu gənclər yığmasında çıxışını başa vurduqdan sonra əsas yığmaya çağırılmayıb.
Aleksandr yeni yaradılan Rusiyanın 2-ci yığmasında, milliyə namizədlər arasında yer almaqdan imtina edib.

- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0