“Mənə elə gəlir ki, Foqts təcrübəli mütəxəssisdir” - MÜSAHİBƏ
23.08.2011 - 15:17
Azərbaycan yığmasının və Ağdamın “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyevin apasport.az saytına müsahibəsi
- Milli komanda növbəti təlim-məşq toplanışına yığışıb. Əvvəlki hazırlıqlarla müqayisədə indi heyətdə olmamağınızın əsas səbəbini nədə görürsünüz?
- Qarşıda seçmə mərhələnin oyunları olduğuna görə, güclü hazırlaşmalıyıq. Berti Foqtsun mənə dəvət göndərməməyi oynamamağımla bağlıdır. "Qarabağ"ın əsas heyətinə düşə bilmədiyim üçün almaniyalı mütəxəssis də mənim xidmətimə ehtiyac duymur. Burada başqa bir problem yoxdur. Vaxtilə oynamışam, mənə kənardan baxıblar. İndi də, mən kənardan baxmaq məcburiyyətindəyəm.
- Ümumiyyətlə, Berti Foqts son zamanlar "Qarabağ"ın bəzi futbolçularına ehtiyac görmür. Sizcə, bunun səbəbi nədir?
- Mənə elə gəlir ki, Foqts təcrübəli mütəxəssisdir. Onun dəvət göndərməməyini başqa səbəblərlə əlaqələndirmək istəmirəm. Maksim Medvedevin kənarda qalmasının səbəbini açıqlayıb. Onun fikrincə, Maksim Avropa Liqasının oyunlarında yaxşı təsir bağışlamayıb. Amma mən belə düşünmürəm. Zənnimcə, pis oynamadı. Lakin bizim fikrimiz heç nəyi dəyişmir. Milli komandanın baş məşqçisi odur və heyəti müəyyənləşdirmək ixtiyarına malikdir.
- Kamran Ağayevin milliyə dəvəti artıq ənənə halını alıb. Andrey Popoviçlə Aqil Məmmədovun düşərgədə olmasına münasibətiniz necədir?
- Baş məşqçi Andreylə Aqili sırf oynatmaq üçün çağırmayıb. Onlar gənc və istedadlı qapıçılardır. Millinin düşərgəsində olub, məşqlərə qatılmaqla təcrübə qazana bilərlər. Əlbəttə ki, bir futbolçunun uzun müddət start heyətində oynaması və ya bu həyata davam etməsi çətindir. Yəni bir oyunçu futbola başladığı kimi, nə vaxtsa onunla vidalaşmağa da məcburdur. Bütün bunları nəzərə alsaq, gənclərə şans verməyin vacib olduğnu deyə bilərik.
- Milli komandadakı yerinizi qaytarmaq üçün hansısa adekvat addımları atmaq fikriniz varmı?
- Yığmada yerimi qaytarmaq istəyirəm. Çünki özümü mübarizə aparmağa, oynamağa hazır sayıram. "Qarabağ"dan getmək barədə isə düşünmürəm. Çünki Ağdam klubu ilə müqaviləm qüvvədədir. Sırf "Qarabağ"ın uğurlu gələcəyi üçün çalışırıq. Bu komanda ilə Azərbaycan Kubokuna və çempionatın müxtəlif əyarlı medallarına sahib çıxmışam. Əsas arzum "Qarabağ"la çempionluq sevincini yaşamaqdır. İnanıram ki, əsl idman mübarizəsi aparıb, bu uğura əsas heyət qapıçısı kimi yiyələnəcəyəm. Müqavilə müddətim başa çatdıqdan sonra rəhbərliklə oturub danışıq aparacağıq. İnşallah, həmin vaxt komandada qalacağım və ya başqa bir kollektivə keçəcəyim müəyyənləşəcək.
- Artıq bir müddətdir ki, Boyan Pavloviç "Qarabağ"ın əsas qapıçısına çevrilib. Bunu nəzərə alıb, yay fasiləsində komandanızı dəyişmək barədə ümumiyyətlə düşündünüzmü?
- Düzü, dəvətlər ölkə xaricindən gəlmişdi. Türkiyənin "Bank Asiya" liqasından bir neçə komanda xidmətimdə maraqlı idi. Onlarla danışıq aparsaq da, ortaq məxrəcə gələ bilmədik. Eyni zamanda, "Qarabağ" rəhbərliyi də məni ölkə xaricinə göndərməyə tərəddüd etdi. Bu komanda futbolçusunu ölkə xaricinə göndərmək istəməklə yanaşı, həm də öz uğurunu da düşünür. Rəhbərlik dedi ki, "Fərhad, bizə lazımsan". Onlar qarşıdakı uzun marafonda köməyimə ehtiyac duyduqlarını bildirdilər. Əlbəttə ki, mən də doğma komandamda oynamağa razı oldum.
- Sizinlə 2-3 ildir ki, Türkiyədən maraqlanan komandalar var. Bu il "Qarabağ" rəhbərliyinin icazə vermədiyini bildik, bəs ötən illərdə niyə ölkə xaricinə yollana bilmədiniz?
- Danışıqlar getsə də, razılaşa bilmədik. Ona görə də, mən Azərbaycanda qalıb oynamağı üstün tutdum. Amma legioner həyatı yaşamağı yenidən gündəmə gətirə bilərəm.
- Digər yerli klublarda oynamaq şansınız olubmu?
- Bu barədə danışmaq istəmirəm.
- Hazırda əsas qapıçı Boyan Pavloviçin sizdən üstün cəhətləri varmı? Əgər varsa, bunlar hansılardır?
- Ehtiyat oyunçular skamyasında oturmaq məni həvəsdən salmır. Çünki bir futbolçu daim əsas heyətdə oynaya bilməz. Bir müddət ehtiyat oyunçular skamyasına üzv olmaq da qaçılmazdır. Əsas məsələ vəziyyətdən çıxış yolu tapmaq və oynamaqdır. Hər bir futbolçunun özünəməxsus mənfi və müsbət cəhətləri var. Boyan gəldiyi gündən özünü yaxşı tərəfdən göstərməyi bacarıb. O, normal qapıçıdır. Məşqlərdə və oyunlarda özünü yaxşı tərəfdən göstərməyi bacarır. Amma onunla özümü müqayisə etmək istəmirəm. Çünki bu peşəkarlığa sığmır.
- Günün bir hissəsini məşqlərdə keçirirsiniz. Yəqin ki, Qurban Qurbanovun hərəkətlərindən başa düşərsiniz ki, bu sizə şans verəcək, ya yox. Hissiniz sizə nə deyir?
- Məncə, Qurban Qurbanov oynamağa qadir futbolçuya şans verir. İlk növbədə öz üzərimdə çalışmalıyam. Hiss edirəm ki, bəlkə, Qurban Qurbanov mənə özümü növbəti dəfə göstərmək üçün şans verər.

0
0