Premyer Liqanın IV turunun oyunlarının vaxtı açıqlandı
23.08.2011 - 15:41
Premyer Liqanın IV turunun oyunlarının vaxtı açıqlandı
Azərbaycan Premyer Liqasında IV turunun oyunlarının başlama vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, şənbə və bazar günləri ilk oyunlar eyni vaxtda başlayacaq.

Növbəti tura 17:30-da start veriləcək və ertəsi həmin saatdakı görüşlə yekun vurulacaq. Bunlar əyalətdə - Ağdamda və Tovuzdakı oyunlardır. Bakıda süni işıqlandırma sistemi olan stadionlardakı matçlardakı isə bir qədər sonra növbəlilik prinsipi ilə 1 saatdan bir başlayacaq.

27 avqust

17:30. "Qarabağ" - "Qəbələ"
Ağdam. Quzanlı Olimpiya İdman Kompleksinin stadionu

18:00. "Bakı" - "Kəpəz"
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

19:00. AZAL - "Neftçi"
Bakı. Şüvəlan qəsəbəsindəki AZAL stadionu

20:00. "Rəvan" - "Xəzər Lənkəran"
Bakı. Mərdəkan qəsəbəsindəki "Dalğa Arena" stadionu

28 avqust

17:30. "Turan" - "Simurq"
Tovuz. Şəhər stadionu

Qeyd edək ki, turun avqustun 27-də keçirilməli olan “Sumqayıt Şəhər” – “İnter” görüşü meydan sahiblərinin futbolçularının yığmaya çağırılmağı ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınıb.