Samat Smakov Azərbaycanla oyun öncəsi yığma karyerasını bitirdi
24.08.2011 - 11:16
Qazaxıstan yığmasının liderlərindən olan Samat Smakovun Avro-2012-in seçmə mərhələsində Türkiyə və Azərbaycanla səfər oyunlarına çağırılmamağına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, “Aktobe”nin 32 yaşlı kapitanı yığma karyerasını bitirdiyini elan edib. Müdafiəçi 11 ildir şərəfini qoruduğu millidən Bakıdakı görüş öncəsi getməyə qərar verib.
“Bu haqda fikirləşəndən sonra yığmamızın baş məşqçisi Miroslav Beraneklə əlaqə saxlayıb qərarımı bildirdim. Artıq gənc deyiləm və hansısa anlarda rəqib futbolçulara çata bilmirdim. Beranekə və onun məşqçilər ştabına çox hörmət edirəm. Gələcəkdə onları və komandanı pis vəziyyətdə qoymaq istəmirəm. Onlar deyirdilər ki, vaxtında getmək lazımdır ki, sonradan səni xatırlasınlar” – deyə, futbolçu bildirib.
Qeyd edək ki, indiyə kimi milli komandamızla oyunlarda iştirak edən Smakov yığmasında 2000-ci ilin martında İordaniya ilə görüşdə debüt edib. O, ilk qolunu isə millimizlə ilk dəfə seçmə mərhələdə bir qrupa düşdükləri zamanı, 2007-ci ilin sentyabrın 21-də Belçika yığmasına vurub.

0
0