Çempionlar Liqasının püşkü atıldı
25.08.2011 - 20:40
Az öncə Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının xəbərinə görə, Monakoda təşkil olunan tədbir öncəsi 32 komanda 4 səbətdə yer alıb.
Daha güclülərin yer aldığı birinci səbətdə İngiltərə 3, İspaniya 2, Portuqaliya, Almaniya və İtaliya hərəyə 1 komanda ilə təmsil olunub. “Fənərbaxça”nın yerinə püşkə qatılan “Trabzonspor” isə sonuncu səbətdə idi.
Türkiyə təmsilçisi B qrupunda yer alıb və burada “İnter”, Moskva MOİK-i və “Lill”ə mübarizə aparacaq.
Qitənin ən titullu klublarından olan “Barselona” və “Milan” eyni qrupa düşüb.
“Neftçi”nin turnirdən kənarlaşdıran Zaqreb “Dinamo”su isə “Real”, “Lion” və “Ayaks”la üz-üzə gələcək.
Qeyd edək ki, sentyabrın 13-də start götürəcək qrup mərhələsinin oyunları dekabrın 7-də yekunlaşacaq.

A qrupu | B qrupu |
|---|---|
“Bavariya”(Almaniya) “Vilyareal”(İspaniya) “MançesterSiti” (İngiltərə) “Napoli” (İtaliya) | “İnter”(İtaliya) MOİK(Moskva, Rusiya) “Lill”(Fransa) “Trabzonspor”(Türkiyə) |
C qrupu | D qrupu |
“MançesterYunayted” (İngiltərə) “Benfika”(Portuqaliya) “Bazel”(İsveçrə) “Otselul”(Rumıniya) | “Real”(İspaniya) “Lion”(Fransa) “Ayaks”(Hollandiya) “Dinamo”(Zaqreb, Xorvatiya) |
E qrupu | F qrupu |
“Çelsi”(İngiltərə) “Valensiya”(İspaniya) “Bayer”(Almaniya) “Genk” (Belçika) | “Arsenal”(İngiltərə) “Marsel”(Fransa) “Olimpiakos”(Yunanıstan) “Borussiya”(Dortmund, Almaniya) |
G qrupu | H qrupu |
“Porto” (Portuqaliya) “Şaxtyor”(Ukrayna) “Zenit”(Rusiya) “Hapoel”(İsrail) | “Barselona”(İspaniya) “Milan” (İtaliya) BATE (Belarus) “Viktoriya”(Çexiya) |
Qeyd edək ki, sentyabrın 13-də start götürəcək qrup mərhələsinin oyunları dekabrın 7-də yekunlaşacaq.
0
0