“Neftçi”nin çempionluğu keçmişdə qalıb” – MÜSAHİBƏ
25.08.2011 - 15:15
AZAL-ın futbol klubunun qapıçısı Cahangir Həsənzadənin apasport.az saytına müsahibəsi
- Şənbə günü Premyer Liqanın IV turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaqsınız. Oyuna hazırlıq necə gedir?
- Hazırlıq normal davam edir. Digər oyunlara necə köklənirdiksə, bu matça da həmin qaydada hazırlaşırıq. Bir sözlə, rəqibin kimliyindən asılı olmayaraq, oyunlara ciddi yanaşırıq.
- Rəqibin son çempion olması heç nəyi dəyişmir?
- Bunu biz də bilirik. Ancaq rəqibin çempionluğu keçmişdə qalıb. Keçmiş haqda isə düşünmək istəmirik. Kim güclüdürsə, o da qalib gələcək.
- Maraqlıdır ki, ötən mövsüm AZAL “Neftçi” ilə keçirdiyi 4 oyunun heç birində qələbə qazana bilməyib...
- Bu dəfə ənənəni pozmaq istəyirik. Komandada inam var. Yoldaşlarımın nəyə qadir olduğunu yaxşı bilirəm. Müsbət nəticə qazanacağımızı düşünürəm.
- Arxada qalan 3 turda komandanız 4 xal qazanıb. Çempionluq uğrunda mübarizə aparan komanda üçün bu nəticəni müsbət qiymətləndirmək mümkündürmü?
- Qənaətbəxş demək olar. “Simurq”la matçda gözlədiyimiz 3 xalı qazandıq. Sonra 2 çətin rəqiblə üz-üzə gəldik. Təəssüf ki, “Xəzər Lənkəran”a uduzduq, “Qəbələ” ilə görüşdə isə 2 xal itirdik. Çempionat yeni başlayıb. Qarşıdakı turlarda bunları sığortalamağa çalışacağıq.
- Oyun baxımından necə, AZAL potensialını tam aça bilibmi?
- Komanda hələ optimal oyununu ortaya qoya bilmir. Düşünürəm ki, 1-2 turdan sonra hər şey qaydasına düşəcək.
- Mövsümün startına az qalmış baş məşqçi dəyişikliyi oldu. Bu, komandanın oyununa təsir göstərirmi?
- Hansısa təsiri olub. Ancaq bu, rəhbərliyin qərarıdır. Elxan Abdullayevin baş məşqçiliyi altında da uğur qazanacağımızı düşünürəm.
- Aydın məsələdir ki, hər bir baş məşqçinin futbola öz baxışı, yanaşma tərzi olur. Bu baxımdan, Nazim Süleymanovla Elxan Abdullayev arasında müqayisə apara bilərsiniz?
- Xeyr, onlar arasında hansısa müqayisə aparmaq istəməzdim. Ümumiyyətlə, baş məşqçilər müqayisə olunmurlar. Hər məşqçinin öz strategiyası, taktikası var. Hər ikisinin kifayət qədər güclü məşqçi olduğunu deyə bilərəm.
- Ancaq Elxan Abdullayev hansısa klubla nəticə qazana bilməyib. Ona görə də onun AZAL-ı mükafatçılar sırasına çıxaracağı inandırıcı görünmür.
- Niyə nəticə qazana bilmirik ki? Hər şey tək baş məşqçidən asılı deyil. Komandanı cəm şəklində qiymətləndirmək lazımdır. Bura baş məşqçidən tutmuş sürücüyə qədər hamı daxildir. Hər kəsin öz əməyi var. Düzdür, baş məşqçinin də rolu az deyil. Əsas olan komanda oyununun uğurlu alınmasıdır. AZAL elə komandadır ki, hansısa mövqedə açıq-aşkar lider yoxdur. Komandanın oyunu 1-2 futbolçunun üzərində qurulmur. Ona görə də kollektivdən çox şey asılıdır.
- Cari mövsümdə konkret hədəf nədir?
- İlk “altılığ”a düşmək. Sonra isə mövsümü mükafatçılar sırasında başa vurmaq.
- Artıq komandaların nəyə qadir olduğunu bilirsiniz. Reallığı nəzərə alsaq, AZAL-ın yerini hansı pillədə görürsünüz?
- Ötən il mövsüm başlayanda heç kim bizim ilk “altılığ”a düşəcəyimizə inanmırdı. Ancaq biz oyunumuzla nəyə qadir olduğumuzu sübut etdik. Yekunda isə avrokuboklara vəsiqə qazanan klublardan biri olduq. Ona görə də, cari mövsümdə mükafatçılar sırasına düşsək, bu sürpriz olmayacaq. İnkişaf etmək istəyiriksə, bunu bacarmalıyıq.
- Oyunların süni örtüklü meydançada keçirilməsi narahatçılıq yaratmır ki?
- Əlbəttə, təbii örtüklü meydança sünidən yaxşıdır. Ancaq son 2-3 ildə bizim komanda ancaq süni örtükdə məşq edib, oynayır. Biz artıq öyrəşmişik. Rəqiblərimiz üçün bu çətinlik yarada bilər. Onlar təbii örtükdən süniyə keçərkən müəyyən əziyyət çəkirlər. Bizə də təbii ot örtüklü meydançada oynayanda bir qədər çətin olur. Çünki süni örtüyə öyrəşmişik.

0
0