Azərbaycanla oyuna çağırıldı, “Alaniya”ya keçdi
25.08.2011 - 15:31
Azərbaycanla oyuna çağırıldı, “Alaniya”ya keçdi
Azərbaycan millisi ilə Avro-2012-in seçmə mərhələsində rəsmi oyuna çağırılan Qazaxıstan yığmasının futbolçusu Kazbek Geteriyev özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, millimizlə sentyabrın 6-da Bakıda keçiriləcək görüşə açıqlanan heyətdə klubsuz göstərilən təcrübəli yarımmüdafiəçi “Alaniya”ya keçib. Geteriyev Vladiqafqaz təmsilçisi ilə 3 illik müqavilə bağlayıb və artıq onun iştirak ərizəsinə daxil edilib. Bununla da futbolçu Rusiya çempionatının I divizionunda çıxışını davam etdirəcək. O, yığmamızla iyunun 2-də ev oyunu zamanı “Jemçujina-Soçi” klubunda oynayırdı.

Qeyd edək ki, ikili vətəndaşlığa malik Geteriyev əslən Rusiyadandır. Qazaxlar onu cari seçmə mərhələdə bizimlə görüş öncəsi milliləşdirərək, yığmalarına cəlb etdilər.