“Fənərbaxça” püşkə buraxıldı
25.08.2011 - 15:49
Bu gün Türkiyə Superliqasında növbəti mövsümün (2011/12) püşkü atılıb. Apasport.az saytının məlumatına görə, son çempion “Fənərbaxça” Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən Çempionlar Liqasından kənarlaşdırılsa da, Superliqanın püşkünə buraxılıb. Orada çıxışını davam etdirəcək komanda ilk turda debütant “Orduspor”u qəbul edəcək. “Fənər”in əzəli rəqibi “Qalatasaray” isə “İstanbul BB”in qonağı olacaq.
İlk turunun digər oyunları “Medical Park Antalyaspor” – “Qaziantepspor”, “Ankarügücü” – “Mersin İdman Yurdu”, “Əskişəhərspor” – “Beşiktaş”, “Bursaspor” – “Kayserispor”, “Karabükspor” – “Sivasspor”, “Samsunspor” – “Gənclərbirliyi”, “Manisaspor” – “Trabzonspor” görüşləridir.
Qeyd edək ki, püşkatmada klubların rəhbərləri yanaşı, TFF-in prezidenti Mehmet Əli Aydınlar iştirak edib. Superliqada növbəti mövsüm Premyer Liqamızda olduğu kimi, pley-off sistemi ilə keçiriləcək.

0
0