Hamburger yeyə-yeyə milli komandamızla oyuna çağırıldı
25.08.2011 - 16:46
Belçika yığmasının baş məşqçisi Jorj Leekens cəzalandırdığı futbolçusu Eden Azarı Bakıya gətirəcək. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis intizamsızlığa görə 2 oyunluq kənarlaşdığı Fransanın “Lill” klubunun 19 yaşlı yarımmüdafiəçisini bağışlayaraq, onu sentyabrın 2-də yığmamızla səfərdə keçirəcəkləri rəsmi görüşə çağırıb.
Azar Türkiyə millisi ilə iyunun 2-də Avro-2012-nin qrup mərhələsindəki ev oyunu (1:1) zamanı əvəzlənərkən baş məşqçiyə əsəbiləşdiyi üçün stadionu tərk edib. Bir qədər sonra isə o, əlində hamburgerlə geri qayıdıb. Eden sırf bu məsələyə görə çalışdırıcının qəzəbinə tuş gəlib. Leekens onu qaydalara ziddi hərəkət etdiyi üçün cəzalandırdığını açıqlamışdı. Futbolçu bu hərəkəti ilə baş məşqçi ilə yanaşı, onun köməkçisi Marki Vilmotsun da xətrinə dəymişdi.
Leekens qərarını dəyişməyini belə əsaslandırıb: “Biz onunla oturduq və yaxşı söhbətləşdik. Hər şeyə təmiz kağızdan başlamağa qərara verdik. Ancaq bu, onun növbəti 2 görüşdə oynayacağına zəmanət vermir”.
Qeyd edək ki, Leekensin Edini çağırmağını heyətdəki zədə problemləri ilə üzləşməyi ilə də əlaqələndirmək olar. O, Bakıda oyunda bu səbəbdən Naser Şadli, Kevin de Bruyne və Stefan Defurun xidmətindən istifadə edə bilməyəcək. Belçika yığmasının liderlərindən olan yarımmüdafiəçi Mussa Dembele çiynindəki zədəsini sağaldaraq, dəvət alıb. “Anderlext”in müdafiəçisi Denis Odua isə ilk dəfə milliyə çağırılıb.

0
0