Beraneki Bakıda istefa təhlükəsi gözləyir
25.08.2011 - 16:59
Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek üçün Avro-2012-in seçmə mərhələsində Azərbaycan milli komandası ilə səfər oyunu həlledici olacaq. Apasport.az saytının məlumatına görə, çexiyalı mütəxəssisi sentyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionundakı rəsmi görüşdə istefa təhlükəsi gözləyir. Təbii ki, bu, rəqibimizin uduzacağı halda olacaq.
Məsələ ondadır ki, Beranekin Qazaxıstan Futbol Federasiyası ilə bağladığı müqaviləsində bənd onu Bakıda mütləq qələbə qazanmağa sövq edir. Razılığa görə, çexiyalı bu yığmanın çalışdırıcısı kimi qrupda postsovet məkanı təmsilçisi olan bizi mütləq qabaqlamalıdır. Beranek buna nail olmasa, onu istefaya göndərəcəklər. Çexiyalının yerinə gələcək mütəxəssis yeni komanda qurmağa başlayacaq.
Qeyd edək ki, Beranek ötən qış bu posta gətirildi və rəqibimiz cari seçmə mərhələdə ilk xalını, qələbəsini, qollarını onun rəhbərliyi altında milli komandamızla iyunun 2-də “Astana Arena”da keçirilən oyunda (2:1) reallaşdırdı.

0
0