“Fənərbaxça”da növbəti istefa
25.08.2011 - 17:31
Çempionlar Liqasından (ÇL) kənarlaşdırılan “Fənərbaxça” növbəti sarsıntı ilə üzləşib. Apasport.az saytının məlumatına görə, klubunun 1-ci vitse-prezidenti Nihat Özdəmir baş verənlərdən sonra istefa verdiyini açıqlayıb.
O, Türkiyə Futbol Federasiyasının (TFF) Apelyasiya Komitəsinin iclasından sonra “Metris” Həbsxanasına gedərək Əziz Yıldırımla söhbətləşib. Özdəmir və “Fənərbaxça”nın vitse-prezidenti Əli Koç daha sonra klubun İdarə Heyətini təcili toplayıblar. 2 saata yaxın davam edən iclasın yekununda Özdəmirin istefa verməsi ilə bağlı qərar verdiyi məlum olub.
Qeyd edək ki, “Fənərbaxça”nın ÇL-dən kənarlaşdırılmasından dərhal sonra baş məşqçi Aykut Kocaman da istefa vermişdi.

0
0