Arif Əsədov soyuq başla fikirləşəcək
25.08.2011 - 23:01
Arif Əsədov soyuq başla fikirləşəcək
“İstefa verdikdən sonra işsizəm. İndi yalnız ev işləri ilə məşğul olub, istirahət edirəm. Soyuq başla fikirləşmək üçün istirahətə ehtiyacım var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun sabiq baş məşqçisi Arif Əsədov deyib.

Çempionlar Liqasında uğursuz çıxışdan Əsədov vəzifəsindən uzaqlaşdırıldı. O bildirib ki, bir az dincəldikdən sonra məşqçi karyerasını bərpa edəcək: “Düzü, istefadan sonra hər hansı bir klubdan konkret dəvət almamışam. Təklif gəlsə belə, mən hələ 1 ay istirahət etmək niyyətindəyəm".

Əsədov fürsətdən istifadə edib məşqçi kimi bacarğını artıracağını söyləyib: "Sentyabrda Pro kateqoriyası almaq istəyən məşqçilər üçün keçirilən seminarın ikinci mərhələsinə qatılacağam”.