Əziz Yıldırımdan istefa qərarı
25.08.2011 - 21:15
Əziz Yıldırımdan istefa qərarı
Danışılmış oyunlarla əlaqədar Çempionlar Liqasından kənarlaşdırılan “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım yenidən gündəmə gəlib. Apasport.az saytının xəbərinə görə, hazırda həbsxanada saxlanılan Yıldırım gözlənilmədən Klublar Birliyinin rəhbəri postundan istefa verdiyini açıqlayıb.

O, bunu komandasının qitənin ən nufuzlu klub turnirindən uzaqlaşdırılması ilə əlaqələndirib.

Xatırladaq ki, bu gün tanınmış mütəxəssis Aykut Kocaman “Fənərbaxça”nın baş məşqçisi, Nihat Özdəmir isə vitse-prezident postundan istefa verib.

Amma Yıldırım klubdakı vəzifəsindən ayrılmaq fikrindən deyil. Onu Klublar Birliyinin rəhbəri postunda kimin əvəzləyəcəyi hələlik bilinmir.